Modern.az

Azərbaycan Ukraynada mədəniyyət mərkəzi tikməyi planlaşdırır 

Azərbaycan Ukraynada mədəniyyət mərkəzi tikməyi planlaşdırır 

Dünya

15 Sentyabr 2025, 15:32

Ukrayna Nazirlər Kabineti Azərbaycanla birlikdə Kiyev vilayətinin İrpen şəhərində bir sıra sosial və mədəni layihələrin həyata keçirilməsi barədə razılığa gəlmək niyyətindədir.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Hökumətin 10 sentyabr tarixli 973 nömrəli sərəncamına əsasən, Azərbaycan tərəfi ilə danışıqlar aparmaq üçün xüsusi nümayəndə heyəti formalaşdırılıb.

Nümayəndə heyətinə Ukraynanın icma və ərazilərin inkişafı nazirinin müavini Marina Denisyuk rəhbərlik edəcək.

Layihə çərçivəsində İrpende Azərbaycan Mədəniyyət Mərkəzi, uşaq-gənclər üçün idman məktəbi, incəsənət mərkəzi və yaşayış binası inşa olunması planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi