Modern.az

Misir prezidenti İsraili hədələdi

Misir prezidenti İsraili hədələdi

Dünya

15 Sentyabr 2025, 19:51

Misir Prezidenti Əbdülfəttah əs-Sisi İsraili hədələyib.

 

Modern.az xəbər verir ki, Misir lideri Dohada keçirilən Ərəb-İslam sammitində çıxışı zamanı İsrailin bölgədəki fəaliyyətlərinə qarşı sərt mövqe nümayiş etdirib.

 

 

“Düşmənin bizə baxış tərzini dəyişməliyik ki, onlar hər bir Ərəb dövlətini okeandan Körfəzə qədər uzanan geniş bir bölgənin parçası kimi görsünlər”, - Əbdülfəttah əs-Sisi bildirib.

 

İsraili "düşmən" adlandıran Misir Prezidentinin sözlərinə görə, bu isə güclü qərarlar tələb edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!