Avropa Parlamentinin Polşadan seçilmiş deputatı, mühafizəkar “Hüquq və Ədalət” (PiS) partiyasının üzvü Valdemar Buda Brüsseldə avtomobilinə silahlı hücum edildiyini açıqlayıb.
Modern.az xəbər verir ki, buda bu barədə sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, hücum zamanı özü hadisə yerində olmayıb:
“Mən orada deyildim, amma atəş açılan yeganə maşın mənim idi”.
Siyasətçi bildirib ki, avtomobilə doqquz dəqiq atəş açılıb. O, bunun təsadüfi hadisə deyil, əvvəlcədən planlaşdırılmış hücum olduğunu vurğulayıb.
Hazırda insidentlə bağlı Belçika xüsusi xidmət orqanları araşdırma aparır. Hadisənin motivi barədə hələlik rəsmi məlumat verilməyib.