Modern.az

Amerikalılar siyasi zorakılıqdan narahatdır

Amerikalılar siyasi zorakılıqdan narahatdır

Dünya

16 Sentyabr 2025, 21:14

ABŞ vətəndaşları ölkədə dərinləşən siyasi parçalanmadan və artan siyasi zorakılıqdan ciddi narahatdır.

Modern.az xəbər verir ki, bu barədə “Ipsos” tədqiqat xidməti tərəfindən “Reuters” agentliyinin sifarişi ilə keçirilən sorğunun nəticələri göstərir.

Sorğuya görə, amerikalıların 71 faizi cəmiyyətin ciddi şəkildə bölündüyünü düşünür, 66 faiz isə insanların siyasi baxışlarına görə zorakılığa məruz qalmasından narahatdır.

Məlumatda bildirilir ki, 2025-ci ilin ilk yarısında ABŞ-da siyasi zəmində təxminən 150 hadisə qeydə alınıb, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, iki dəfə çoxdur.

Respondentlərin 63 faizi hesab edir ki, siyasi məsələlərin müzakirəsində istifadə olunan kəskin ritorika zorakılığın artmasına səbəb olur. Təxminən 31 faiz baş verənlərə görə birbaşa hakimiyyəti məsuliyyətli sayır. Qalan iştirakçılar isə ya ciddi təsir görmədiklərini bildiriblər, ya da cavab verməkdə çətinlik çəkiblər.

Sorğu 12–14 sentyabr tarixlərində onlayn formatda keçirilib və 1 037 ABŞ vətəndaşı iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi