Modern.az

Türkiyədə FETÖ əməliyyatı: 10 hərbçi saxlanıldı

Türkiyədə FETÖ əməliyyatı: 10 hərbçi saxlanıldı

Dünya

17 Sentyabr 2025, 13:06

Ankara Baş Prokurorluğu Türkiyə Hərbi Dəniz Qüvvələrinə sızmağa cəhd edən FETÖ üzvlərinə qarşı genişmiqyaslı əməliyyata başlayıb.

Modern.az xəbər verir ki, "CNN Türk"ün məlumatına görə, əməliyyat çərçivəsində biri fəaliyyətdə olan, doqquzu isə əvvəllər ordudan kənarlaşdırılmış 10 zabit və gizir saxlanılıb.

İstintaq materiallarında qeyd olunur ki, saxlanılan şəxslər FETÖ nümayəndələri ilə əlaqə saxlayıblar. Onlara qarşı şahid ifadələri də mövcuddur. Əməliyyatlar üç vilayətdə aparılıb.

Qeyd edək ki, bir gün əvvəl FETÖ ilə əlaqədə şübhəli bilinən 15 nəfər , o cümlədən Xarici İşlər Nazirliyinin 8 əməkdaşı saxlanılmışdı.

Xatırladaq ki, 15 iyul 2016-cı il dövlət çevrilişi cəhdindən sonra FETÖ Türkiyədə və bir sıra ölkələrdə terror təşkilatı kimi tanınıb. Təşkilatın lideri Fətullah Gülən 2024-cü ilin oktyabrında ABŞ-da vəfat edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi