Modern.az

Azərbaycanın daha bir diaspor rəhbəri Rusiya vətəndaşlığından ÇIXARILDI

Azərbaycanın daha bir diaspor rəhbəri Rusiya vətəndaşlığından ÇIXARILDI

Dünya

17 Sentyabr 2025, 13:30

“Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” Moskva Regional İctimai Təşkilatının sədri Bəxtiyar Həsənov Rusiya vətəndaşlığından məhrum edilib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya hakimiyyət dairələrinə yaxın "Readovka" kanalının iddiasına görə, o, “qeyri-leqal miqrasiya, kontrafakt dövriyyəsi və milli zəmində qarşıdurmalar yaratmaq”da ittiham olunur.

Qeyd edək ki, Həsənov Rusiyada vətəndaşlığını 2000-ci illərdə alıb.

O, bu yaxınlarda Moskva Dövlət Linqvistik Universitetində çıxışı zamanı rektora hədiyyə təqdim edərkən həmin hədiyyənin Şuşadan gətirildiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanın daha bir neçə diaspor rəhbəri Rusiya vətəndaşlığından məhrum edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi