Modern.az

Zelenskinin A və B planları var 

Zelenskinin A və B planları var 

Dünya

17 Sentyabr 2025, 22:56

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsi üçün iki ssenarini açıqlayıb.

Modern.az xəbər verir ki, bu ssenarilərdən biri müharibənin başa çatdırılması, digəri 2025-ci ildə 120 milyard dollarlıq müharibə xərclərinin qarşılanmasıdır.

Kiyevdə Avropa Parlamentinin sədri Roberta Metsola ilə birgə mətbuat konfransında çıxış edən Zelenski bildirib ki, bu məbləğin yarısını, yəni 60 milyard dolları Ukrayna büdcəsi təmin edir:

“Qalan 60 milyardı isə mən gələn il üçün tapmalıyam. Ümid edirəm ki, bu müharibəni başa vuracağıq. Hər halda, plan "A" müharibəni bitirməkdir. Plan "B" isə 120 milyard dollardır və bu, böyük çağırışdır”.

Avropa Parlamentinin sədri Metsola isə bəyan edib ki, Avropa İttifaqı Ukraynanı dəstəkləməkdə davam edəcək və ölkənin gələcəyi Avropa İttifaqındadır:

“Bu yolda siz heç vaxt tək olmayacaqsınız. Biz yalnız qətiyyətimizi və dəstəyimizi artıracağıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi