Modern.az

Ərdoğan Əli Ərbaşı işdən çıxardı

Ərdoğan Əli Ərbaşı işdən çıxardı

Dünya

18 Sentyabr 2025, 07:38

Türkiyənin Diyanət İşləri İdarəsinin vəzifə dəyişikliyi olub.

Modern.az xəbər verir ki, Türkiyə prezidentinin sərəncamı ilə idarəyə hazırda rəhbərlik edən Əli Ərbaşın yerinə İstanbul vilayət müftisi professor Safi Arpaquş təyin edilib.

Arpaquş akademik karyerasına 1992-ci ildə ilahiyyat fakültəsində elmi işçi kimi başlayıb. 1994-cü ildə magistraturanı, 2001-ci ildə isə doktoranturanı tamamlayıb. O 2008-ci ildə dosent, 2014-cü ildə isə professor, daha sonra 2014-cü ildə Marmara İlahiyyat Fakültəsinin Dekan müavini vəzifəsində çalışıb.

Prezidentin 15 oktyabr 2021-ci il tarixli sərəncamı ilə İstanbul müftisi vəzifəsinə təyin edilən Arpaquş eyni zamanda fakültənin müəllimi və Təsəvvüf kafedrasının müdiri vəzifələrində çalışıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi