Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron ABŞ-da davam edən məhkəmə prosesində yeni sübutlar təqdim edəcək.
Modern.az xəbər verir ki, cütlük Bricit Makronun həqiqətən qadın olduğunu sübut etmək üçün məhkəməyə foto və elmi sənədlər göstərəcək.
Qeyd edək ki, onlar sağçı internet fenomeni Kendis Ovensi “Makronun arvadı kişi olub” iddiasını yaymaqda ittiham edirlər.
Makronların vəkili Tom Kler bildirib ki, bu iddialar cütlük üçün “çox yorucu”dur və onların şəxsi həyatına zərbə vurur. O qeyd edib ki, məhkəməyə həm fotoşəkillər, həm də mütəxəssis rəyləri təqdim ediləcək.
Kendis Ovens isə öz mövqeyindən geri çəkilmir və bunu “ifadə azadlığı” adlandırır. Onun vəkilləri məhkəmədən işin ləğvini tələb ediblər. Makron isə məsələni “şərəf məsələsi” adlandıraraq yalan xəbərlərə qarşı hüquqi mübarizəni davam etdirəcəyini deyib.