Modern.az

Söhbətin sonunda hamımız qucaqlaşdıq - TRAMP

Söhbətin sonunda hamımız qucaqlaşdıq - TRAMP

Dünya

18 Sentyabr 2025, 20:47

ABŞ Prezidenti Donald Tramp 8 avqustda Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi tarixi görüş barədə danışıb.

Modern.az xəbər verir ki, Tramp bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransında çıxış edib.

“Onlar (Azərbaycan və Ermənistan liderləri) Oval kabinetdə bir-birindən xeyli uzaqda oturmuşdular. Bir saat davam edən görüş boyu yavaş-yavaş bir-birlərinə yaxınlaşdılar və söhbətin sonunda hamımız qucaqlaşdıq”, - deyə Tramp bildirib.

Xatırladaq ki, 8 avqustda Vaşinqtonda İlham Əliyev və Paşinyan ABŞ prezidentinin iştirakı ilə ortaq bəyanat imzalayıblar. Eyni zamanda, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh və qarşılıqlı münasibətlərin qurulması haqqında Sazişi paraflayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi