Modern.az

Tramp yenə Ermənistana “Albaniya” dedi

Tramp yenə Ermənistana “Albaniya” dedi

Dünya

18 Sentyabr 2025, 21:38

ABŞ Prezidenti Donald Tramp yenidən Ermənistanı “Albaniya” adlandırıb.

Modern.az xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransında danışıb.

“Sadəcə təsəvvür edin ki, biz Azərbaycan və Albaniya məsələsini həll etdik. Bu, illər çəkmişdi. Əslində heç vaxt həll olunmazdı”, – deyə Tramp bildirib.

Xatırladaq ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən Trampın bu ifadələrini şərh edib. O, ABŞ Prezidentinin səhvini artıq düzəltdiyini bildirib:

“Hər bir ölkə rəhbəri səhvini düzəldir, ABŞ Prezidenti də bunu artıq "X"də paylaşdığı qeydlə edib”, – deyə Paşinyan vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi