İsrailin müdafiə naziri İsrael Katz Yəməndəki husilərin lideri Əbdül-Malik əl-Husiyə sərt xəbərdarlıq edib.
Modern.az xəbər verir ki, nazir "X" platformasında yayımladığı bəyanatda husilərə qarşı qətiyyətli cavab veriləcəyini bildirib.
“Sənin də vaxtın gələcək. Səni bütün hökumət üzvləri və "şər oxu"nun digər üzvləri ilə birlikdə cəhənnəmin dərinliklərinə göndərəcəklər”, - deyə Katz yazıb.
O, həmçinin husilərin bayrağında yazılmış “İsrailə ölüm, yəhudilərə lənət” şüarının əvəzlənəcəyini vurğulayıb:
“Bu bayraq sonda mavi-ağ İsrail bayrağı ilə əvəz olunacaq və birləşmiş Yəmənin paytaxtında dalğalanacaq”.