Modern.az

“Putin asan qələbə gözləyirdi, amma yanıldı”

“Putin asan qələbə gözləyirdi, amma yanıldı”

Dünya

19 Sentyabr 2025, 16:10

Böyük Britaniyanın kəşfiyyat xidməti MI6-ın rəhbəri Riçard Mur Rusiya Prezidenti Vladimir Putinin Ukraynada asan qələbə qazanacağına ümid etdiyini, lakin bunun reallaşmadığını bildirib.

Modern.az xəbər verir ki, Mur bu barədə İstanbulda çıxış edib.

O qeyd edib ki, Putin hələ də sülh danışıqlarına hazır deyil, yalnız kapitulyasiya şərtləri ilə buna razı ola bilər:

“Putin elə düşünürdü ki, tez qələbə qazanacaq. Amma o və başqaları ukraynalıları ciddi şəkildə qiymətləndirmədi. Putin dünyanı Rusiyanın qalib gələcəyinə inandırmaq istəyirdi. Amma o yalan danışır, həm dünyaya, həm xalqına, bəlkə də özünə”, - deyə Mur vurğulayıb.

Britaniya kəşfiyyat rəhbərinin sözlərinə görə, Putin “şəxsi irsi və təhrif olunmuş tarix” naminə Rusiyanın gələcəyini riskə atır, müharibə isə ölkənin tənəzzülünü yalnız sürətləndirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?