Modern.az

ABŞ-da helikopter qəzası: 4 xüsusi təyinatlı ölüb

ABŞ-da helikopter qəzası: 4 xüsusi təyinatlı ölüb

Dünya

20 Sentyabr 2025, 12:07

Vaşinqton ştatında Lyuis-McChord Birgə Bazası yaxınlığında qəzaya uğrayan ABŞ Ordusuna məxsus “MH-60 Black Hawk” helikopterində olan 4 xüsusi təyinatlının öldüyü ehtimal edilir.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Ordusunun Xüsusi Əməliyyatlar Komandanlığı bəyan edib.

“Associated Press”in məlumatına görə, helikopter bazanın qərbində adi təlim missiyası yerinə yetirərkən qəzaya uğrayıb.

Rəsmilərin sözlərinə görə, əsgərlər 160-cı Xüsusi Əməliyyat Aviasiya Alayının, Hava-Desant bölməsinin tərkibində olublar. Ordu rəsmiləri bildiriblər ki, qəzanın səbəbləri araşdırılır.

Sizə yeni x var
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?