Modern.az

Böyük Britaniya Fələstini dövlət kimi tanıdı

Böyük Britaniya Fələstini dövlət kimi tanıdı

Dünya

21 Sentyabr 2025, 17:41

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin rəsmi olaraq Fələstin Dövlətini tanıdığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində bildirib.

 

Starmer qeyd edib ki, HƏMAS hər hansı idarəçilik rolunda iştirak etməməlidir və Londonda bu qruplaşmaya qarşı sanksiyalar genişləndiriləcək.

 

***

09:14

 

Böyük Britaniya bazar günü, sentyabrın 21-də Fələstini dövlət kimi tanıyacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə BBC və Sky News məlumat yayıb.

 

Qeyd olunub ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer məlumat verəcək.

 

Böyük Britaniya ilə yanaşı, Fransa, Avstraliya və Kanada kimi ölkələrin də Fələstini tanıyacağı gözlənilir.

 

Xatırladaq ki, Kir Starmer iyul ayında Böyük Britaniyanın yalnız İsrail atəşkəsə razılaşdığı, iki dövlətli həll yoluna sadiqlik nümayiş etdirdiyi halda Fələstini tanıyacağını açıqlamışdı.

 

O zaman Baş nazir demişdi: "Həmişə demişəm ki, Fələstin dövlətini tanıyacağıq, amma bu addımı ikidövlətli həll üçün maksimal şərait olacağı anda atacağıq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?