Modern.az

Tramp Əfqanıstanı HƏDƏLƏDİ

Tramp Əfqanıstanı HƏDƏLƏDİ

Dünya

21 Sentyabr 2025, 09:37

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər ölkə hakimiyyəti "Baqram" aviabazasına nəzarəti ABŞ-yə qaytarmaqdan imtina edərsə, Əfqanıstan nəticələrlə üzləşəcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə Amerika lideri "Truth Social"da yazıb.

 

"Əgər Əfqanıstan Baqram aviabazasını onu tikənlərə, yəni Amerika Birləşmiş Ştatlarına qaytarmasa, pis nəsə baş verəcək", - Vaşinqton administrasiyasının rəhbəri qeyd edib.

 

Sentyabrın 19-da Tramp ABŞ rəsmilərinin Əfqanıstan nümayəndələri ilə hava bazası ilə bağlı məsələləri müzakirə etdiyini açıqlayıb. O, Vaşinqtonun obyektə nəzarəti bərpa etməyə cəhd etdiyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi