Modern.az

Netanyahu: “Fələstin dövləti olmayacaq”

Netanyahu: “Fələstin dövləti olmayacaq”

Dünya

21 Sentyabr 2025, 22:38

İsrailin Baş naziri Binyamin Netanyahu Böyük Britaniya, Kanada və Avstraliyanın Fələstinin dövlət müstəqilliyini tanıması ilə bağlı açıqlamalara sərt reaksiya verib.

Modern.az-ın məlumatına görə, o bildirib ki, İsrail heç vaxt İordan çayının qərbində Fələstin dövlətinin yaradılmasına imkan verməyəcək.

Netanyahu qeyd edib ki, illər boyu həm daxildən, həm də xaricdən təzyiqlərə baxmayaraq, bu “terror dövlətinin” yaranmasına qarşı çıxıb:

“Biz həm sərt, həm də ağıllı davrandıq, İudeya və Samariyada (İordan çayının qərb sahili – red.) yəhudi yaşayış məntəqələrinin tikintisini ikiqat artırdıq və bu kursu davam etdirəcəyik.”

Baş nazir əlavə edib ki, ABŞ səfərindən qayıtdıqdan sonra “torpaqlarımızın mərkəzində bizə terror dövləti sırımaq cəhdlərinə” cavab veriləcək. Netanyahu gələn həftə BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək və ABŞ prezidenti Donald Trampla görüşəcək.

İsrail XİN də London, Ottava və Kanberranın qərarını rədd edib. Qurumun bəyanatında bu addımın “Yaxın Şərqə fayda gətirmədiyi, əksinə HƏMAS-ı gücləndirdiyi” vurğulanıb:

“Bu qərar Holokostdan bəri yəhudilərin kütləvi qətliamına görə mükafat kimidir. Əgər bu ölkələr regionda sabitlik istəyirlərsə, təzyiqi HƏMAS-a yönəltməlidirlər.”

Sizə yeni x var
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?