Modern.az

Suriyada parlament seçkiləri keçiriləcək

Suriyada parlament seçkiləri keçiriləcək

Dünya

21 Sentyabr 2025, 20:55

Oktyabrın 5-də Suriyada parlament seçkiləri keçiriləcək.

 

Modern.az SANA agentliyinə istinadla xəbər verir ki, bu, Suriyada 14 il davam edən vətəndaş müharibəsindən və son hakimiyyət dəyişikliyindən sonra ilk parlament seçkiləridir.

 

Qeyd olunur ki, 210 yerlik Xalq Məclisinə seçkilər bütün dairələrdə keçiriləcək. Seçki komissiyası isə ötən ay bəyan etmişdi ki, səsvermə təhlükəsizlik səbəblərinə görə, üç vilayətdə təxirə salına bilər.

 

Suriya Prezidenti Əhməd əl-Şaraa qanunvericilərin üçdə birini təyin etmək səlahiyyətinə malikdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var