Tehranın simvolu olan Azadi Qülləsi Ermənistan bayrağının rənglərilə işıqlandırılıb.
Modern.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb. Azadi Qülləsinin Ermənistan bayrağına bürünməsi bu ölkənin müstəqilliyinin 34-cü ildönümünü münasibətilə gerçəkləşdirilib.
Bundan başqa, Azadi Qülləsi Ermənistan bayrağına boyanarkən Ermənistan Respublikasının dövlət himni də səsləndirilib.
Ermənistanın rəsmi və milli bayramlarından biri olan Müstəqillik Günü hər il sentyabrın 21-də qeyd olunur.
1991-ci il sentyabrın 21-də keçirilən müstəqillik referendumunda ermənilər 94,39 faiz səslə SSRİ-dən ayrılmağa səs veriblər.
Ermənistan Respublikasının Ali Soveti 1990-cı il avqustun 23-də Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsini qəbul edib.