Ermənistanda həbsdə olan iş adamı – “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın siyasi qüvvəsi 2026-cı il parlament seçkiləri zamanı səslərin üçdə birini ala bilər.
Modern.az xəbər verir ki, bunu “Sputnik Ermənistan” multimedia mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında siyasi strateq Armen Badalyan deyib.
O bildirib ki, xarici ictimai rəyin öyrənilməsi mərkəzlərinin keçirdiyi sorğulara əsasən, Karapetyanın partiyası seçkilərdə birinci yeri tuta bilər, baş nazir Nikol Paşinyanın “Mülki müqavilə” partiyası ikinci, ikinci prezident Robert Köçəryanın siyasi qüvvəsi isə üçüncü yeri tuta bilər. Bununla belə, ekspert seçkilər ərəfəsində vəziyyətin dəyişə biləcəyini də istisna etməyib, çünki Ermənistanın tarixində təcrübəsizlik və ya ambisiya siyasi qüvvələrin öz potensialını reallaşdırmağa mane olduğu çoxsaylı hallar olub.
“Karapetyan düzgün komanda toplaya bilsə və seçiciləri effektiv şəkildə cəlb edə bilsə, parlamentdə güclü nümayəndəliyə və güclü fraksiyaya sahib ola bilər”, - ekspert vurğulayıb.
Köçəryana gəlincə, Badalyan hesab edir ki, o, indiki fraksiyadan 90%-dən qurtulmalı və daha yaxşı komanda toplamalıdır. Eyni zamanda ekspert əmindir ki, ikinci prezidentin fraksiyası çox güman ki, Karapetyanın fraksiyası ilə əməkdaşlıq edəcək.
Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyasına gəlincə, o, artıq köhnəlib və yeni format, ola bilsin ki, hərəkat kimi çıxış etməyi düşünür.
"Amma Tsarukyan və Ruben Vardanyanın buraxdığı səhv var və Samvel Karapetyan da bunu təkrarlaya bilər. Konkret olaraq, iş adamları partiyanı düzgün komanda toplayıb işini koordinasiya etmək əvəzinə, müəssisə kimi qəbul edir və idarə edirlər".
“Partiya qapalı səhmdar cəmiyyəti deyil, iş adamlarına öz potensiallarını tam reallaşdırmağa mane olan budur”, - o vurğulayıb.
Badalyan onu da qeyd edib ki, Paşinyan parlamenti da öz mülkü hesab edir və onunla istədiyi kimi idarə edir.
Avqustun 29-da “Öz yolu ilə” (“Mer Dzevov”) hərəkatı fəaliyyətə başlayıb. İlin sonunda hərəkat partiya kimi təqdim olunacaq.
Xatırladaq ki, Samvel Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı ilə iki ay müddətinə həbs edilib. Cinayət işi bir gün əvvəl Erməni Apostol Kilsəsinin yüksək rütbəli ruhanilərinə qarşı hökumət rəsmilərinin tənqidi bəyanatları fonunda onu müdafiə edən çıxışından sonra açılıb. Karapetyan özünü təqsirli bilməyib və Ermənistan hakimiyyətini səriştəsiz adlandırıb.