Modern.az

Simonyan Bakıdan İrəvana qayıtdı

Simonyan Bakıdan İrəvana qayıtdı

Dünya

22 Sentyabr 2025, 16:20

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyan Bakıdan İrəvana qayıdıb. 

Modern.az xəbər verir ki, bu barədə məlumatı “NEWS.am” yayıb. 

Bakıda forumda iştirak edən Simonyanın göyərtəsində olduğu təyyarə sentyabrın 21-də 19:00-da Bakı aeroportundan yola düşüb və 20:00-da İrəvanın “Zvarnots” hava limanında yerə enib. 

Xatırladaq ki, Ermənistan MTX A.Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıda “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edəcəyi barədə məlumat yaymışdı. Simonyanın sentyabrın 19-dan 21-dək Bakıda olacağı qeyd olunmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?