Suriya hazırda bərpa prosesindədir və bütün ölkələrlə normal münasibətləri dəstəkləyir.
Modern.az xəbər verir ki, bunu BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda çıxış edən Suriya Prezidenti Əhməd əş-Şəraa bildirib.
O, İsrailin dəfələrlə Suriyaya hücum etdiyini və Colan təpələrini hələ də işğal altında saxladığını vurğulayıb:
“Suriya bərpa mərhələsindədir və müharibədən yayınmağa çalışır.”
O, İsraillə münasibətlərə da aydınlıq gətirib.
“İsrailin təhlükəsizliklə bağlı real narahatlığı varmı, yoxsa söhbət ekspansionist ambisiyalardan gedir? Bu, danışıqlar zamanı üzə çıxacaq.”