Modern.az

Bədxahların Azərbaycanla aramızı vurmaq cəhdləri uğursuz olacaq - Pezeşkian

Bədxahların Azərbaycanla aramızı vurmaq cəhdləri uğursuz olacaq - Pezeşkian

Dünya

23 Sentyabr 2025, 10:12

İran İslam Respublikasının Azərbaycanla əlaqələrinin genişləndirilməsi ölkənin xarici siyasət prioritetlərindən biridir.

Modern.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Tehranda Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə bəyan edib.

Onun sözlərinə görə, bədxahların ölkələr arasında səmərəli münasibətlərə mane olmaq cəhdləri uğursuz olacaq.

"Biz bu əlaqələrin bütün sahələrdə genişləndirilməsində maraqlıyıq. İki ölkə arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın inkişafına heç bir maneə yoxdur", - Pezeşkian qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Moskvaya zərbə vurulur - Rusiya paytaxtında PARTLAYIŞ SƏSLƏRİ