Modern.az

BMT tribunasında ən uzun çıxış edən liderlər - 4 saat yarım

BMT tribunasında ən uzun çıxış edən liderlər - 4 saat yarım

Dünya

23 Sentyabr 2025, 20:42

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında liderlərin çıxışları davam edir.

Modern.az-ın məlumatına görə, ABŞ Prezidenti Donald Trampın bugünkü çıxışı təxminən 1 saat davam edib.

Baş Assambleyada dövlət və hökumət başçıları üçün çıxış vaxtı rəsmi olaraq 15 dəqiqə ilə məhdudlaşdırılır.

Lakin təcrübə göstərir ki, bu qaydaya çox vaxt əməl olunmur. BMT-nin rəsmi qeydlərinə görə, Baş Assambleyanın açılış iclaslarında ən uzun çıxışlardan biri 1960-cı ildə Kuba lideri Fidel Kastro tərəfindən edilib. O, təxminən 4,5 saat danışaraq tarixə düşüb.

Uzun nitqləri ilə yadda qalan başqa bir lider isə Liviya rəhbəri Müəmmar Qəddafi olub. O, 2009-cu ildə keçirilən 64-cü Baş Assambleya iclasında 1,5 saatdan çox danışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus kəşfiyyatının MƏXFİ SƏNƏDİ - Bu ölkəni işğal edək