Modern.az

Zelenskidən dünyaya vacib MESAJ

Zelenskidən dünyaya vacib MESAJ

Dünya

24 Sentyabr 2025, 18:03

BMT Baş Assambleyasında çıxış edən Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyətə Rusiya və müharibə ilə bağlı mesajlar ünvanlayıb.

Modern.az xəbər verir ki, o, beynəlxalq ictimaiyyəti Ukraynaya hərbi dəstək göstərməyə çağırıb.

“Güclü müttəfiqlər və güclü silahlar olmadan sülh mümkün deyil. 21-ci əsrdə də silahlar kimin sağ qalacağını müəyyənləşdirir,” - deyə Zelenski bildirib.

O, Rusiyanın təcavüzünün bütün Avropaya yayılma təhlükəsinə diqqət çəkib:

“Ukrayna ilk hədəfdir. Amma artıq Rusiya dronları Avropa səmasını kəsib keçir, əməliyyatlarını digər ölkələrə də yayır. Heç kim özünü təhlükəsiz saya bilməz”, – deyə Ukrayna lideri xəbərdarlıq edib.

Zelenski, həmçinin dron texnologiyasının qlobal təhlükə yaratdığını vurğulayıb:

“Müharibə texnologiyaları coğrafiya tanımır. Avropanın hava limanları dron hücumlarına görə bağlanır. Yaxın gələcəkdə dronlar dronlarla döyüşəcək, kritik infrastruktur və insanları hədəfə alacaq. Bu, artıq vaxt məsələsidir,” – deyə o qeyd edib.

Ukrayna lideri beynəlxalq qurumların zəifliyini də tənqid edib:

“Onilliklərdir müharibələrə yalnız bəyanatlarla reaksiya verilir. Sudan, Somali, Fələstin və hətta Qəzzadakı faciələrdə də çıxış yolu yoxdur. Nəhayət, etiraf etmək lazımdır ki, mövcud sistem bu qanı dayandırmaq iqtidarında deyil,” – deyə Zelenski bildirib.

Zelenski çıxışında ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla dünya liderləri ilə görüşdüyünü xatırladaraq deyib ki, sülhün taleyi yalnız G7 və G20-yə deyil, hər birimizə bağlıdır: "BMT susmamalı, Rusiyanın müharibəni uzatmaq cəhdlərini qətiyyətlə qınamalıdır.”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır