Modern.az

Bakı və İrəvan dəvət edildi, Tbilisi çağırılmadı

Bakı və İrəvan dəvət edildi, Tbilisi çağırılmadı

Dünya

24 Sentyabr 2025, 20:53

Gürcüstan Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin 20 oktyabrda Lüksemburqda keçiriləcək iclasında iştirak etməyəcək.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, toplantıya Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı ölkələrinin - Azərbaycan, Ermənistan, Türkiyə, Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri dəvət olunub. Lakin Gürcüstan yalnız səfir səviyyəsində çağırıldığı üçün buna etiraz edərək tədbirdə iştirakdan imtina edib.

XİN bəyan edib ki, Gürcüstanın bu formada dəvət olunması “qeyri-ciddi münasibət” kimi qiymətləndirilir və ölkənin rolunu kiçiltmək cəhdi təsiri bağışlayır:

“Nazirlərin görüşünə Gürcüstan səfir səviyyəsində dəvət olunub. Bu, qəbuledilməzdir və əsasları aydın deyil. Bu addım siyasi manipulyasiya və radikal gündəmin təşviqi kimi görünür”.

Nazirlik əlavə edib ki, Gürcüstanın regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində lazımi səviyyədə iştirakı Aİ üçün vacibdir. Rəsmi Tbilisi ümid edir ki, Aİ-nin əksər üzvləri ölkənin Avropa ilə Asiya arasında körpü rolunu qiymətləndirir və Avropa Xarici Fəaliyyət Xidmətinin mövqeyini bölüşmür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır