Modern.az

Kobud məşhurların siyahısı yayıldı

Kobud məşhurların siyahısı yayıldı

Dünya

24 Sentyabr 2025, 21:47

Britaniyanın məşhur "The Sun" qəzeti “bütün zamanların ən kobud məşhurları”nın siyahısını dərc edib.

Modern.az xəbər verir ki, siyahı qəzetin şou-biznes şöbəsində çalışan jurnalistlərin şəxsi təcrübələrinə əsaslanır.

Top-12-likdə əsasən Britaniya televiziya ulduzları yer alsa da, dünyaca tanınmış simalara da rast gəlinir.

Kanadalı müğənni Castin Biber jurnalistlərlə müsahibə zamanı sərt davranışına görə siyahıya düşüb. O, görüşə bir saat gecikib və dərhal “tualetə getmək” bəhanəsi ilə narazılıq bildirib. Jurnalistin işarəsinə isə aqressiv cavab verərək kobud ifadə işlədib.

"Coldplay" qrupunun solisti Kris Martin 20 il əvvəl "Brit Award" mükafatlandırma mərasimində jurnalistə qarşı hörmətsiz münasibətinə görə “kobud məşhurlar” sırasında yer alıb. O, reportyorun yanına oturmasını xoş qarşılamayıb və oradsn getməsini tələb edib.

Məşhur aktrisa və yazıçı İohan Kollinz 2002-ci ildə Londonda keçirilən bir mükafatlandırma mərasimində kobud davranışı ilə yadda qalıb. 

Qəzet qeyd edir ki, siyahı subyektiv müşahidələrə əsaslansa da, bəzi ulduzların pərdəarxası davranışlarının ictimai imiclərindən fərqli olduğunu göstərir.

Sizə yeni x var
Keçid et
Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır