Modern.az

Türkiyə rus təyyarəni vurmuşdu, növbə NATO-dadır...

Türkiyə rus təyyarəni vurmuşdu, növbə NATO-dadır...

Dünya

25 Sentyabr 2025, 09:24

NATO ilə Rusiya arasında gərginlik yenidən artıb.

Modern.az xəbər verir ki, son həftələrdə Polşa, Rumıniya və Estoniya hava məkanını pozan Rusiyaya məxsus dron və qırıcılar alyans daxilində ciddi müzakirələr doğurub.

Xüsusilə ABŞ Prezidenti Donald Trampın “NATO ölkələri hava məkanına girən rus təyyarələrini vurmalıdır” açıqlaması mövzunu daha da alovlandırıb. Polşa və İsveç açıq şəkildə sərt mövqe sərgiləyərək belə hallarda tərəddüd etmədən atəş açacaqlarını bəyan edib.

Bu müzakirələrdə tez-tez xatırlanan nümunə isə Türkiyənin 2015-ci ildə hava məkanını pozan Rusiya Su-24 qırıcısını vurmasıdır. Ankara həmin qərarı milli qaydalar əsasında vermiş, NATO isə sonradan məlumatlandırılmışdı. Ancaq hər bir halda Türkiyə Rusiya təyyarəsini vuran yeganə NATO ölkəsidir.

Hazırda alyans daxilində fikir ayrılığı var. Polşa və İsveç sərt addımın tərəfdarıdırsa, Almaniya kimi ölkələr ehtiyatlı davranmağı, Moskvanın təxribatına uymamağı tövsiyə edir. NATO rəhbərliyi isə silah istifadəsinin yalnız “son çarə” ola biləcəyini vurğulayır.

Müşahidəçilərin fikrincə, Rusiyanın ardıcıl hava məkanı pozuntuları fonunda Türkiyənin 2015-ci il addımı bu gün NATO müzakirələrinin ən aktual istinad nöqtəsinə çevrilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır