Modern.az

Tramp Suriya lideri ilə ikinci dəfə görüşdü

Tramp Suriya lideri ilə ikinci dəfə görüşdü

Dünya

25 Sentyabr 2025, 14:04

BMT Baş Assambleyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp Suriyanın keçid dövrü prezidenti Əhməd Əş-Şəra ilə görüşüb.

Modern.az xəbər verir ki, Suriya dövlət informasiya agentliyi SANA görüş barədə məlumat yayıb və iki foto dərc edib.

Şəkillərdə Tramp və Əş-Şəranın ABŞ-ın birinci xanım Melaniya Trampın iştirakı ilə əl sıxışır.

Agentlik əlavə detalları açıqlamayıb.

Qeyd edək ki, bu, iki liderin ikinci görüşüdür. Onlar bundan əvvəl may ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda danışıqlar aparıblar.

Məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu yaxın günlərdə Tramp və Əş-Şəra ilə üçtərəfli görüş keçirməyi planlaşdırır.

1464375

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada əhalini ŞOK edən çağırış - Bu hücumlar Kremli silkələyir