Modern.az

Zelenski Kreml məmurlarına səsləndi: “Bomba sığınacaqlarının yerini öyrənin”

Zelenski Kreml məmurlarına səsləndi: “Bomba sığınacaqlarının yerini öyrənin”

Dünya

25 Sentyabr 2025, 14:36

Ukrayna prezidenti Volodimir Zelenski Kreml məmurlarına müraciət edib.

Modern.az-ın məlumatına görə, o, ABŞ-ın Axios nəşrinə verdiyi müsahibədə bu barədə danışıb.

“Əgər Rusiya müharibəni dayandırmasa, Kremlin məmurların ən yaxın bomba sığınacaqlarının yerlərinin harda olduğunu dəqiqləşdirməlidirlər”, - Zelenski bildirib.

O qeyd edib ki, ABŞ prezidenti Donald Trampdan Rusiyanın enerji infrastruk­turu və müdafiə müəssisələrinə zərbələr barədə açıq dəstək alıb. “Əgər bizə əlavə uzaqmənzilli silahlar verilərsə, biz onlardan istifadə edəcəyik,” - deyə Ukrayna Prezidenti vurğulayıb.

Ukrayna lideri Trampdan Rusiyanı “danışıqlara məcbur edəcək” yeni hərbi sistem istədiyini bildirib. Zelenskiyə görə, Tramp bu məsələ üzərində işləyəcəyinə söz verib. Prezident eyni zamanda Ukraynanın mülki vətəndaşları nişan almayacağını, lakin “Kremli də daxil olmaqla” Rusiya hakimiyyət mərkəzlərinin zərbə riski altında ola biləcəyini deyib.

“Onlar bomba sığınacaqlarının yerlərini bilməlidirlər. Onlara bu lazımdır. Əgər onlar müharibəni dayandırmazlarsa, onlara bu lazım olacaq,” - Zelenski Kremldəki məmurlar barədə bildirib

Zelenski Trampla əvvəlki günkü görüşə istinadla deyib ki, ABŞ prezidenti Ukraynanın Rusiyaya simmetrik cavab verməsini dəstəkliyir: “Əgər onlar enerji obyektlərimizə zərbə vurursa, prezident Tramp Ukraynanın enerji sektoruna qarşı simmetrik cavab verməsini dəstəkləyir.”

Müsahibədə Zelenski ABŞ-ın silah tədarükü və göstərilən siyasi dəstək fonunda Ukraynanın cavab variantlarını genişləndirdiyini, lakin mülki obyektlərin hədəfə alınmasının məqsəd olmadığını bir daha təsdiqləyib. Mənbə: Axios ilə müsahibə (jurnalist Barak Ravid).

Sizə yeni x var
Keçid et
Rusiyada əhalini ŞOK edən çağırış - Bu hücumlar Kremli silkələyir