Modern.az

Tramp Qəzza üçün yeni plan hazırlayıb - TƏFƏRRÜAT

Tramp Qəzza üçün yeni plan hazırlayıb - TƏFƏRRÜAT

Dünya

25 Sentyabr 2025, 23:33

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda ərəb və digər müsəlman ölkələrinin liderləri ilə görüşündə Qəzzadakı müharibənin dayandırılmasına dair yeni sülh planı irəli sürüb.

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" sentyabrın 25-də diplomatik mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, plan Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən hazırlanıb və 21 bənddən ibarətdir.

Uitkoff planı təqdim edərkən bildirib ki, təkliflər “İsrailin və bütün region ölkələrinin maraqlarına cavab verir” və yaxın günlərdə ABŞ tərəfi elan edəcək.

Planın əsas müddəaları bunlardır:

- Qəzzada daimi atəşkəsin elan olunması və bütün israilli girovların azad edilməsi;

- Bölgədə “beynəlxalq sabitlik qüvvələri”nin yerləşdirilməsi (buraya ərəb və digər müsəlman ölkələrinin kontingenti daxil olacaq);

- İsrail ordusunun əvvəlcə yanvar-mart aylarındakı müvəqqəti atəşkəs dövründə tutduğu mövqelərə çəkilməsi, sabitlik qüvvələri formalaşdırıldıqdan sonra isə tamamilə Qəzzadan çıxması;

- Beynəlxalq nəzarət orqanının təsis edilməsi və bu qurumun Fələstin Milli Administrasiyasının (FNA) nümayəndələrinin daxil olduğu müvəqqəti komitənin fəaliyyətini izləməsi;

- HƏMAS Qəzzanın idarə olunmasında heç bir rol oynamayacaq;

- Qəzza sakinlərinin məcburi köçürülməsi qətiyyən nəzərdə tutulmayıb.

"Financial Times" yazır ki, sentyabrın 23-də Trampın Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, İordaniya, Qətər, Türkiyə və İndoneziya nümayəndələri ilə görüşü zamanı təklif müsbət qarşılanıb. Liderlər, xüsusilə, Qəzzanın müharibədən sonrakı idarəçiliyində Fələstin Milli Administrasiyasının daha geniş iştirakına ehtiyac olduğunu vurğulayıblar.

Hələlik İsrail Baş naziri Benyamin Netanyahunun bu plana necə reaksiya verəcəyi məlum deyil. Netanyahu dəfələrlə HƏMAS-ı “tam məhv etməyə” söz verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada əhalini ŞOK edən çağırış - Bu hücumlar Kremli silkələyir