Modern.az

Türkiyə ilə ABŞ arasında nüvə razılaşması

Türkiyə ilə ABŞ arasında nüvə razılaşması

Dünya

26 Sentyabr 2025, 00:31

ABŞ və Türkiyə strateji nüvə əməkdaşlığına dair anlaşma memorandumu imzalayıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib.

"Biz Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində çoxşaxəli tərəfdaşlığı daha da dərinləşdirəcək yeni bir prosesə başladıq. Görüşün sonunda liderlərin və ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə strateji mülki nüvə əməkdaşlığına dair anlaşma memorandumu imzaladıq. Ümid edirəm ki, bu razılaşma çərçivəsində görülən işlər hər iki ölkə üçün fayda verəcək", - nazir qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada əhalini ŞOK edən çağırış - Bu hücumlar Kremli silkələyir