Modern.az

Moldovada seçkilər: Şərqlə Qərb yox, müharibə ilə sülh arasında...

Moldovada seçkilər: Şərqlə Qərb yox, müharibə ilə sülh arasında...

Dünya

26 Sentyabr 2025, 12:44

Moldovada 28 sentyabrda keçiriləcək parlament seçkiləri ölkə üçün taleyüklü məqam hesab olunur.

Hakimiyyətdə olan Avropayönlü Hərəkət və Həmrəylik (PAS) partiyasının lideri, parlament sədri İqor Qrosu bildirib ki, seçicilər bu dəfə sadəcə siyasi qütblər arasında deyil, “sülh və müharibə” arasında seçim edəcəklər.

Modern.az-ın məlumatına görə, AP agentliyinə müsahibəsində Qrosu qeyd edib ki, seçkilərin nəticələri Moldovanın gələcəyini yalnız qarşıdakı dörd il üçün deyil, uzun illər ərzində müəyyən edəcək:

“Artıq söhbət Şərqlə Qərb arasında seçimdən getmir. Bu, sülh və müharibə arasında seçimdir. Sülh Avropa İttifaqı deməkdir, müharibə isə Rusiya. Səhv addım Moldovanın Avropa yolunu ləngidə və ya tamamilə poza bilər”.

Onun sözlərinə görə, ölkə “ekzistensial seçim” qarşısındadır və “orta yol yoxdur”.

Qeyd edək ki, PAS 2021-ci ildən parlamentdə güclü çoxluğa malikdir, lakin bazar günü keçiriləcək seçkilərdə bu üstünlüyü itirmək riski ilə üz-üzədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur