Modern.az

Ərdoğan Trampla görüşdən razı qalıb - AÇIQLAMA

Ərdoğan Trampla görüşdən razı qalıb - AÇIQLAMA

Dünya

26 Sentyabr 2025, 13:53

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl Ağ Evdə Amerika lideri ilə görüşdən sonra Vaşinqtondan qayıdan təyyarəsində jurnalistlərlə söhbəti zamanı Donald Trampla danışıqların “bir çox sahədə əhəmiyyətli irəliləyişlərə” səbəb olduğunu bildirib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında dərc olunan məlumatlarda bildirilib.

"Vaşinqtondan məmnunluq hissi ilə ayrılırıq. Prezidentlə səmimi, konstruktiv və məhsuldar bir atmosferdə danışıqlar apardıq. Cənab Trampla münasibətlərimiz məlum olduğu kimi, həmişə yaxşı olub. Onun birinci dövründə xüsusi dialoqu inkişaf etdirdik və bu gün də davam edir. Bunun Türkiyə-Amerika münasibətlərinə müsbət təsir edəcəyinə əminəm", - deyə Ərdoğan bildirib.

"Təbii ki, bütün məsələləri bir görüşdə həll etmək mümkün deyil. Amma bu təmas bir çox sahələrdə ciddi irəliləyişlərə gətirib çıxardı. Bizim ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq məqsədimiz var. Liderlər olaraq buna nail olmaq üçün bizim siyasi iradəmiz var", - o qeyd edib.

Türkiyə prezidenti Trampla görüşündə Suriyadakı vəziyyətin və Qəzzadakı humanitar fəlakətin də gündəmdə olduğunu bəyan edib.

"Qəzzada qırğına son qoyulması kontekstində söhbətimiz xüsusi əhəmiyyət kəsb edirdi. Cənab Tramp görüşümüz zamanı davamlı sülhə nail olmağın zəruriliyini ifadə etdi. Biz də öz növbəmizdə həm Qəzzada, həm də bütün Fələstində əvvəlcə atəşkəsə, sonra isə davamlı sülhə necə nail olacağımıza dair baxışlarımızı açıqladıq.

Whatsapp
Bizə yazın!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur