Modern.az

Mirzoyan Kallasla görüşdü

Mirzoyan Kallasla görüşdü

Dünya

26 Sentyabr 2025, 14:24

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin 80-ci Baş Assambleyasının çərçivəsində Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, tərəflər Ermənistan və Aİ arasında tərəfdaşlığın dinamik şəkildə inkişaf etdiyini və qarşılıqlı maraq doğuran bütün sahələri əhatə etdiyini qeyd ediblər. Onlar geosiyasi və regional hadisələr barədə fikir mübadiləsi aparıblar və bu kontekstdə Ermənistan-Aİ əməkdaşlığının prioritet proqramlarını vurğulayıblar.

Ararat Mirzoyan və Kaya Kallas regional sabitlik və sülhün vacib amili kimi beynəlxalq kommunikasiya proqramlarının həyata keçirilməsini müzakirə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur