Rusiyanın əməkdar artisti, teleaparıcı və kinorejissor Tiqran Keosayan doqquz aylıq komadan sonra bu gün 60 yaşında dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Onun həyat yoldaşı, RT telekanalının rəhbəri Marqarita Simonyan ərinin ölümünü Teleqram kanalında təsdiq edib.
Qeyd edək ki, anti-Azərbaycan çıxışları ilə yadda qalan Marqarita Simonyanın özü də xərçəng xəstəliyindən əziyyət çəkir. O bu yaxınlarda süd vəzisindən əməliyyat olunub.