Modern.az

Netanyahudan xəbərdarlıq: “Onlar da məhv ediləcək!”

Netanyahudan xəbərdarlıq: “Onlar da məhv ediləcək!”

Dünya

26 Sentyabr 2025, 18:29

İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxışı zamanı ölkəsinin son bir il ərzində həyata keçirdiyi hərbi əməliyyatları sadalayıb.

Modern.az xəbər verir ki, Netanyahu İsrailin bölgədə “terror maşınlarını” məhv etdiyini bildirib.

“Biz husilərə ağır zərbələr vurduq, onların rəhbərliyinin yarısını sıradan çıxardıq. HƏMAS-ın terror maşınının əsas hissəsini dağıtdıq. Hizbullaha zərbələr endirdik, onun çoxlu sayda rəhbərlərini və silah arsenalını məhv etdik”, - o bildirib.

Baş nazir əlavə edib ki, İsrail eyni zamanda İranın nüvə silahı və ballistik raket proqramını “tamamilə dağıdıb”:

“Yəhya Sinvar Qəzzada yoxdur, Həsən Nasrullah Livanda yoxdur, Əsəd rejimi Suriyada yoxdur. İraqdakı milislər isə hələ də çəkindirilib. Onların rəhbərləri İsrailə hücum etsələr, onlar da məhv ediləcək. İranın yüksək rütbəli hərbi komandirləri və atom bombası üzərində işləyən alimləri də artıq yoxdur”.

Netanyahu çıxışı zamanı bu adları xəritə üzərindən qırmızı işarə ilə silərək təqdim edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur