Modern.az

Bağçalıdan Türk dünyası ilə bağlı vacib MESAJ

Bağçalıdan Türk dünyası ilə bağlı vacib MESAJ

Dünya

26 Sentyabr 2025, 18:53

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı NATO, Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyətlə bağlı sərt açıqlamalar verib.

Modern.az-ın məlumatına görə, o, partiyaya yaxın “Türkgün” qəzetinə müsahibəsində bildirib ki, əgər NATO Ankaranın maraqlarını nəzərə almırsa, Türkiyə “həm Şərqə, həm də Qərbə baxmalıdır”.

Bağçalının sözlərinə görə, NATO üzvlüyü yalnız blok daxilində hücumlardan müdafiə ilə məhdudlaşmamalıdır:

“Bəzi müttəfiqlər Türkiyənin həyati prioritetlərini görməzdən gəlir. Cəmiyyətdə də buna qarşı etiraz artır. Türkiyənin təhlükəsizlik sahəsində təxirəsalınmaz ehtiyacları var”.

MHP lideri ABŞ, Qərb və İsrailin Suriyada atdığı addımların bölgədə sabitliyi pozduğunu, orada “ikinci İsrail” yaratmaq cəhdləri olduğunu bildirib.

O qeyd edib ki, İsrail hökuməti hazırda eyni vaxtda altı dövlətə - Fələstin, Livan, Yəmən, İran, Suriya və Qətərə qarşı aqressiv siyasət yürüdür və ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Vaşinqton bu prosesə tam dəstək verir.

Bağçalı, həmçinin Ankara Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasında maraqlı olduğunu vurğulayıb:

“Türkiyə tarixi boyunca məzlum xalqların taleyinə diqqət göstərib və öz tarixi missiyasına uyğun hərəkət etməyə hazırdır”.

MHP sədri qlobal güc mərkəzlərinin Asiyaya yönəldiyini, Rusiyanın sarsıntılara baxmayaraq hərbi-siyasi qüvvə kimi qaldığını qeyd edib. O, Türk dünyasını və Türk Dövlətləri Təşkilatını Avrasiya mərkəzində mühüm beynəlxalq aktor kimi qiymətləndirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur