Modern.az

Rusiya təxribata hazırlaşır - ŞOK PLAN

Rusiya təxribata hazırlaşır - ŞOK PLAN

Dünya

26 Sentyabr 2025, 19:50

Rusiya Birləşmiş Krallıq ətrafında kritik infrastruktur üzərində gizli əməliyyatlara hazırlaşır.

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.

Bildirilir ki, “Yantar” adlı gəmi ötən ilin payızından başlayaraq 13 ay ərzində Böyük Britaniya sularında müşahidə aparıb. Bu müddətdə gəmi Avropanın sualtı kabel xətləri və strateji obyektlərini izləyib.

Araşdırma Avropa Kosmik Agentliyinin peyk radiolokasiya məlumatlarına əsaslanır. Həmin görüntülərdə “Yantar”ın 2024-cü ilin noyabrında İrlandiya dənizinin mərkəzində kritik kabel xətləri üzərində dayandığı aşkarlanıb. Mütəxəssislər bildirirlər ki, gəmi fəaliyyətini gizlətməyə çalışıb.

Hazırda Böyük Britaniyada rəqəmsal rabitənin 99%-i sualtı optik kabellərlə təmin olunur. Ölkənin qaz təchizatının üçdə ikisi də dəniz dibi boru kəmərləri vasitəsilə daşınır. Bu səbəbdən həmin infrastruktura mümkün hücum xüsusi təhlükə yaradır.

“Yantar”ın sualtı aparatlarla təchiz edildiyi, kabel xətlərinə qoşularaq məlumat ələ keçirmək, həmçinin gələcəkdə diversiya məqsədilə partlayıcı qurğular yerləşdirmək imkanına malik olduğu bildirilir.

Rəsmi Moskva isə gəmini “okeanoqrafik tədqiqat gəmisi” kimi təqdim edir. Lakin Qərb hərbi ekspertləri iddia edirlər ki, gəminin əsas missiyası NATO ölkələrinin sualtı izləmə sistemlərinə və rabitə xətlərinə qarşı kəşfiyyat fəaliyyəti aparmaqdır.

Whatsapp
Bizə yazın!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur