Modern.az

Lukaşenko Zelenski ilə danışmaq istəyir

Lukaşenko Zelenski ilə danışmaq istəyir

Dünya

26 Sentyabr 2025, 22:34

Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparmaq istədiyini bildirib.

 

Modern.az xəbər verir ki, o, bu barədə rusiyalı jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

 

O vurğulayıb ki, artıq Rusiya, Ukrayna və Belarus rəhbərlərinin silahlı münaqişəyə son qoymaq üçün razılaşmasının vaxtı çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə