Azərbaycan Dövlət İnformasiya Agentliyi
DÜNYA
Orban: Budapeşt enerji siyasətində öz maraqlarını rəhbər tutacaq
26.09.2025 [22:51]
A+ A-
Orban: Budapeşt enerji siyasətində öz maraqlarını rəhbər tutacaq
Budapeşt, 26 sentyabr, AZƏRTAC
Macarıstan Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın tədarüklərdən asılılığı azaltmağa çağırışına baxmayaraq, ölkəsinin Rusiya nefti və qazını idxal etməyə davam edəcəyini bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, dövlət radiosuna verdiyi müsahibədə danışıb.
O vurğulayıb ki, dənizə çıxışı olmayan dövlət üçün boru kəməri tədarüklərindən imtina edilməsi hasilatı 4 faiz azaldaraq iqtisadiyyata ziyan vurardı. Orbanın sözlərinə görə, Budapeşt enerji siyasətində öz maraqlarını rəhbər tutacaq və ABŞ-ın tövsiyələrinə əməl etməyə borclu deyil.
“Macarıstan suveren ölkədir və özü qərar verir”, - deyə Orban Trampın Budapeşti Rusiya neftindən imtina etməyə inandıra biləcəyi ilə bağlı sözlərinə cavab verib.