Modern.az

Rusiya keniyalıları da döyüşə göndərir

Rusiya keniyalıları da döyüşə göndərir

Dünya

27 Sentyabr 2025, 20:34

Keniya məhkəməsi ölkə vətəndaşlarını aldadaraq Rusiyaya tərəfdən Ukraynada döyüşməyə göndərməkdə şübhəli bilinən şəxsi həbs edib.

Modern.az bu barədə BBC-yə istinadən xəbər verir.

İstintaqın məlumatına görə, Edvard Kamau Gituku rəhbərlik etdiyi cinayətkar dəstə vasitəsilə keniyalıları işləmək vədi ilə aldadıb Rusiyaya aparıb, lakin orada onları məcburi şəkildə Rusiya ordusuna yazdıraraq Ukraynaya göndərib.

Polis 25 sentyabrda Nayrobi yaxınlığında keçirilən reyd zamanı şübhəlini saxlayıb. Əməliyyat nəticəsində Rusiyaya aparılmağa hazırlaşan 22 nəfər xilas edilib.

Hadisə Ukraynanın yaydığı bir videodan sonra diqqət mərkəzinə düşüb. Kadrlarda əsir düşmüş 36 yaşlı sabiq keniyalı idmançı Evans Kibet ifadə verib, o, aldadılaraq Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzaladığını deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur