Modern.az

Rusiya və İrana gedən siyasətçi həbs edildi

Rusiya və İrana gedən siyasətçi həbs edildi

Dünya

28 Sentyabr 2025, 00:50

Britaniya parlamentinin sabiq deputatı, hazırda ölkənin İşçi Partiyasına rəhbərlik edən Cörc Qallouey və həyat yoldaşı Putri Qayatri Pertivi saxlanılıb.

Modern.az xəbər verir ki, onlar Moskvadan qayıdarkən Qatvik hava limanında tutulub.

Siyasətçi və xanımı terrorçuluğa qarşı mübarizə və sərhəd təhlükəsizliyi haqqında 2019-cu il qanununun 3-cü maddəsinə əsasən polis tərəfindən dindiriliblər.

Londondakı antiterror bölməsinin əməkdaşları bildirib ki, 70 yaşlı kişi və 40 yaşlı qadın qanunvericiliyin tələblərinə uyğun olaraq dayandırılıb, onlarla söhbət aparılıb və heç bir ittiham irəli sürülmədən buraxılıblar.

Qalloueyin rəhbərlik etdiyi İşçi Partiyası hadisəni “siyasi motivli qorxutma cəhdi” adlandırıb və liderlərinin dərhal azad edilməsini tələb edib. 

Xatırladaq ki, Qallouey bu ilin mayında Moskvada Qələbə Paradında iştirak edib. O, daha əvvəl İranda səfərdə olub və burada 2024-cü ilin iyulunda İsrail tərəfindən öldürülən HƏMAS-ın keçmiş lideri İsmayıl Haniyənin adını daşıyan mükafatla təltif edilib. Mənbələr onun yaxın günlərdə də Rusiyada olduğunu təsdiqləyirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur