Modern.az

ABŞ-nin Qəzzada 21 maddəlik atəşkəs təklifi

ABŞ-nin Qəzzada 21 maddəlik atəşkəs təklifi

Dünya

28 Sentyabr 2025, 09:47

İsrail mediası ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun Qəzzada atəşkəs üçün təqdim etdiyi 21 bəndlik yeni təkliflə bağlı təfərrüatları açıqlayıb.

 

Modern.az xəbər verir ki, “The Times of Israel” Uitkoffun təklif etdiyi iddia edilən 21 bəndlik plan barədə məlumat yayıb.

 

Hesabatda qeyd olunub ki, təklifin məqsədi Qəzzada müharibəyə son qoymaq və Fələstin dövlətinə yol açmaqdır.

 

Xəbərdə o da bildirilir ki, ABŞ-nin təklifi bu həftənin əvvəlində BMT Baş Assambleyası zamanı ərəb və müsəlman liderləri ilə görüşdə təqdim edilib.

 

Bildirilir ki, təklifə İsrailin hücumlarının dayandırılması və bütün israilli məhbusların 48 saat ərzində azad edilməsi, ABŞ-nin Fələstin-İsrail dialoqunu asanlaşdırması, fələstinliləri Qəzza zolağında qalmağa təşviq etməsi və HAMAS-ın yeni administrasiyadan kənarlaşdırılması daxildir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur