Modern.az

BMT İrana qarşı sanksiyaları bərpa etdi

BMT İrana qarşı sanksiyaları bərpa etdi

Dünya

28 Sentyabr 2025, 11:31

BMT İrana qarşı sanksiyaları bərpa edib.

 

Modern.az bu barədə "Kommersant" nəşrinə istinadla xəbər verir.

 

Məhdudiyyətlərə, digər məsələlərlə yanaşı, İranın xarici aktivlərinin dondurulması, istənilən nüvə texnologiyasının istehsalına qadağa qoyulması və silah embarqosunun bərpası daxildir.

 

Qeyd edək ki, sanksiyaların bərpası mexanizmi bir ay əvvəl Böyük Britaniya, Almaniya və Fransa tərəfindən işə salınıb.

 

Ölkələr Tehranı İranın nüvə proqramını tənzimləyən 2015-ci il Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində öz öhdəliklərinə israrlı şəkildə əməl etməməkdə ittiham ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur