Modern.az

ABŞ-də atışma: 3 ölü

ABŞ-də atışma: 3 ölü

Dünya

28 Sentyabr 2025, 12:54

ABŞ-nin Şimali Karolina ştatının Sautport şəhərində atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə WECT telekanalı məlumat yayıb.

 

Məlumata görə, insident şənbə günü yerli vaxtla saat 22:00 radələrində (Bakı vaxtı ilə bazar günü saat 06:00) şəhərdəki yaxta dayanacağında baş verib.

 

Hadisənin səbəbi ilə bağlı heç bir məlumat verilmir.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları atışmanı törətməkdə şübhəli bilinən şəxsi dindirir.

Whatsapp
Bizə yazın!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur