Modern.az

Hindistanda izdiham: Ölənlərin sayı 40-a çatdı

Hindistanda izdiham: Ölənlərin sayı 40-a çatdı

Dünya

28 Sentyabr 2025, 16:42

Hindistanın Tamil Nadu ştatında siyasi mitinqdə baş verən izdihamda ölənlərin sayı 40-a çatıb, 124 nəfər xəstəxanaya yerləşdirilib.

 

Modern.az ABC News-a istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə naziri M. Subramanian məlumat verib.

 

Onun sözlərinə görə, şənbə günü 36 nəfər xəstəxanaya aparılarkən yolda, daha dörd nəfər isə xəstəxanaya yerləşdirildikdən sonra ölüb. Onlardan doqquzu uşaqdır.

 

Nazir əlavə edib ki, yaralıların vəziyyəti əsasən stabildir.

 

Şənbə günü on minlərlə insan Karur rayonunda tanınmış aktyor və siyasətçi Vijayin mitinqində iştirak etmək üçün toplaşıb. O, 2026-cı ilin əvvəlinə təyin edilmiş ştat məclisi seçkiləri üçün təbliğat aparıb.

 

Yerli sakinlər qeyd ediblər ki, izdihamı idarə etmək üçün tədbirin ətrafında çoxlu barrikadalar və kəndirlər qurulub. Lakin aksiya o qədər böyüyüb ki, onu idarə etmək mümkün olmayıb. Siyasətçi 6 saatlıq gecikmədən sonra çıxışına başlayanda xaos və izdiham yaranıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur