Modern.az

Rusiya üçtərəfli görüşlərdən imtina edir

Rusiya üçtərəfli görüşlərdən imtina edir

Dünya

28 Sentyabr 2025, 19:30

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Rusiyanın son həftələrdə Ukrayna ilə ikitərəfli, eləcə də ABŞ-ın iştirakı ilə üçtərəfli görüşlərdən imtina etdiyini bildirib.

Modern.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

“Biz hələ də sülhə sadiqik, amma tanqo üçün iki nəfər lazımdır”, – deyə Vens bildirib.

O, Moskvanın “reallığı qəbul edərək ayılacağına” və münaqişənin sona çatması üçün addımlar atacağına ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Vaşinqtonun vasitəçiliyi ilə ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli görüşün baş tutacağına ümid etdiyini bəyan edib.

Rusiya Prezidenti Vladimir Putin isə Ukrayna tərəfi ilə təmaslara hazır olduğunu təsdiqləsə də, bu cür görüşlərin əhəmiyyətinin çox olmadığını bildirib. Onun sözlərinə görə, əsas məsələlərdə Ukrayna ilə razılığa gəlmək mümkün deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur