Modern.az

Moldovada seçkilər: polis təxribatlara qarşı hazırlaşır

Moldovada seçkilər: polis təxribatlara qarşı hazırlaşır

Dünya

28 Sentyabr 2025, 20:38

Moldova polisinin Baş Müfəttişliyi seçkilərin gedişi ilə bağlı gün ərzində baş verən qanun pozuntuları barədə açıqlama yayıb.

Modern.az xəbər verir ki, Baş Müfəttiş Viorel Çernəuțanu bildirib ki, ən çox pozuntu ölkənin mərkəzi bölgələrində qeydə alınıb.

Onun sözlərinə görə, seçki məntəqələri bağlandıqdan sonra yekun hesabat ictimaiyyətə təqdim olunacaq.

Eyni zamanda polis rəhbəri xəbərdarlıq edib ki, bəzi maraq qrupları bu gecədən başlayaraq təxribat və iğtişaşlar törətməyə hazırlaşır: “Bizdə belə məlumatlar var. Qanunsuzluqlara, ictimai asayişin pozulmasına və vətəndaşların təhlükəsizliyinə, eləcə də milli təhlükəsizliyə təhdid yaradacaq hallara yol verilməyəcək”, - deyə o vurğulayıb.

Moldova polisinin bəyanatında seçki günü və ondan sonrakı proseslərdə sabitliyin qorunması üçün bütün tədbirlərin görüləcəyi xüsusi olaraq qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur