Türkiyənin nüfuzlu şirkətlərindən hesab olunan "Can Holding"in İdarə Heyətinin sədri Kəmal Can məhkəmə qərarı ilə həbs edilib.
Modern az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, bundan əvvəl polis "Can Holding"in bir sıra rəhbərlərini və səhmdarlarını saxlayaraq ev və ofislərində axtarış aparıb. Onlara qarşı cinayətkar təşkilat yaratmaq, vergidən yayınma, dələduzluq və cinayət yolu ilə əldə edilən gəlirlərin yuyulması ittihamları irəli sürülüb.
İki həftə davam edən araşdırma çərçivəsində holdinqə aid bir sıra qurumlarda müvəqqəti idarəçilər təyin olunub. Bunların arasında Habertürk TV, Show TV, Bloomberg HT telekanalları, eləcə də Doğa kolleci və Bilgi Universiteti də var.
Qərara əsasən, "Can Holding"in əmlakları da müsadirə edilərək Türkiyənin Əmanətlərin Sığortalanması Fondunun (TMSF) idarəsinə verilib.